I Avropa Oyunlarında mübarizəyə start verilib - FOTO

I Avropa Oyunlarında mübarizəyə start verilib - FOTO İlk yarış günündə sinxron üzgüçülük növündə Azərbaycanı Tatyana Nikitina - Yekaterina Valiulina cütlüyü təmsil edəcək
Avropa Oyunları
388
12 İyun , 2015 09:01
I Avropa Oyunlarında mübarizəyə start verilib - FOTO

Bakı. 12 iyun. REPORT.AZ/ Bu gün " Bakı 2015" I Avropa Oyunları start götürüb. "Report"un məlumatına görə, ilk yarış günündə sinxron üzgüçülük və su polosu növləri üzrə yarışlar keçiriləcək.

Saat 9:00-da sinxron üzgüçülüyün sərbəst rejim üzrə duetlər arasında təsnifat mərhələsi başlayacaq. 20 duetin qatılacağı yarışda Azərbaycanı Tatyana Nikitina - Yekaterina Valiulina cütlüyü təmsil edəcək. Bu duet həm də ilk yarış günündə Azərbaycanın yeganə təmsilçisi olacaq.

Günün proqramı:

Sinxron üzgüçülük

Bakı Su İdmanı Mərkəzi

09:00. Duetlər, təsnifat, sərbəst rejim

15:30. Komandalar, təsnifat, sərbəst rejim

Su polosu

Vaterpol Arenası

12:00. Qadınlar, A qrupu: Hollandiya - İsrail, Macarıstan - Almaniya

13:45. Qadınlar, A qrupu: Yunanıstan - Böyük Britaniya

13:45. Qadınlar, B qrupu: İspaniya - Serbiya

15:30. Qadınlar, B qrupu: Rusiya - Slovakiya, İtaliya - Fransa

Son xəbərlər

Orphus sistemi