Yuxarı
    Bağlamaq

    I Avropa Oyunlarında medal qazanan Azərbaycan idmançılarına veriləcək pul mükafatının məbləği açıqlanıb - SİYAHI

    Medal sahiblərinə və onların şəxsi məşqçilərinə ümumilikdə 8 005 000 manat ödəniləcək

    Bakı. 29 iyun. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarında medal qazanan Azərbaycan idmançılarına veriləcək pul mükafatının ümumi məbləği məlum olub. "Report"un məlumatına görə, medal sahiblərinə və onların şəxsi məşqçilərinə ümumilikdə 8 005 000 manat ödəniləcək. 

    Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı və Milli Olimpiya Komitəsi tərəfindən veriləcək pul mükafatının 3 450 000 manatı qızıl medal qazananlara və onların şəxsi məşqçilərinə, 1 895 000 manatı gümüş medalçılara və onların məşqçilərinə, 2 660 000 manat isə bürünc medalçılara və onların şəxsi məşqçilərinə çatacaq. 

    Azərbaycan idmançıları 17 gün davam edən Oyunlarda 56 medal qazanıb ki, bunların da 21-i qızıl, 15-i gümüş, 20-si isə bürüncdür.

    "Bakı 2015" I Avropa Oyunlarında I yer tutmuş hər bir idmançıya 150 min manat (Prezidentin sərəncamı ilə 100 min + MOK tərəfindən 50 min), onun şəxsi məşqçisinə 75 min manat (Prezidentin sərəncamı ilə 50 min + MOK tərəfindən 25 min), II yerə sahib çıxanların hər birinə 80 min manat (Prezident sərəncamı ilə 50 min + MOK tərəfindən 30 min), onun şəxsi məşqçisinə 40 min manat (Prezidentin sərəncamı ilə 25 min + MOK tərəfindən 15 min), bürünc medal qazanmış hər bir idmançıya isə 50 min manat (Prezident sərəncamı ilə 30 min + MOK tərəfindən 20 min), onun şəxsi məşqçisinə 25 min manat (Prezidentin sərəncamı ilə 15 min + MOK tərəfindən 10 min) pul mükafatı ayrılıb.

    S İdmançılar Idman növü Medallar Mükafat (Min manatla)
    Q G B Dövlət MOK Ş.Məşqçi Cəmi
    1. Firdovsi Fərzəliyev Karate + 100 50 75 225
    2. Rafael Ağayev Karate + 100 50 75 225
    3. Ayxan Mamayev Karate + 100 50 75 225
    4. İrina Zaretska Karate + 100 50 75 225
    5. Niyazi Əliyev Karate + 30 20 25 75
    6. İlahə Qasımova Karate + 30 20 25 75
    7. Ayxan Tağızadə Taekvondo + 100 50 75 225
    8 Milad Beygi H Taekvondo + 100 50 75 225
    9 Radik İsayev Taekvondo + 100 50 75 225
    10 Fəridə Əzizoza Taekvondo + 50 30 40 120
    11. Patimat Abakarova Taekvondo + 30 20 25 75
    12. Rəsul Çunayev Güləş + 100 50 75 225
    13. Elvin Mürsəliyev Güləş + 100 50 75 225
    14. Toğrul Əsgərov Güləş + 100 50 75 225
    15. Xetaq Qazyumov Güləş + 100 50 75 225
    16. Mariya Stadnik Güləş + 100 50 75 225
    17. Anjela Doroqan Güləş + 100 50 75 225
    18. Sabah Şəriəti Güləş + 50 30 40 120
    19. Rafiq Hüseynov Güləş + 50 30 40 120
    20. Elman Muxtarov Güləş + 30 20 25 75
    21. Həsən Əliyev Güləş + 30 20 25 75
    22. Cəbrayıl Həsənov Güləş + 30 20 25 75
    23. Hacı Əliyev Güləş + 30 20 25 75
    24. Ruslan Dibirhacıyev Güəş + 30 20 25 75
    25. Cəmaləddin Maqomedov Güləş + 30 20 25 75
    26. Natalya Sinişin Güləş + 30 20 25 75
    27. Valentin Demyanenko Avarçəkmə + 50 30 40 120
    28. RostislavPevtsov Triatlon + 30 20 25 75
    29-30. Oleq Stepko İdman gimnastikası ++ 100 60 80 240
    31. Oleq Stepko İdman gimnastikası + 30 20 25 75
    32. Oleq Stepko İdman gimnastikası + 100 50 75 225
    33. Marina Durunda Bədii gimnastika + 50 30 40 120
    34. İlya Qrişunin Batut + 30 20 25 75
    35. İdman Gimnastikası Komanda (3 idmançı) + 30 15 10 55
    36. İlham Zəkiyev paracüdo + 100 50 75 225
    37. Pərviz Bağırov boks + 100 50 75 225
    38. Albert Səlimov boks + 100 50 75 225
    39. Teymur Məmmədov boks + 100 50 75 225
    40. Kollazo Sotomayor boks + 100 50 75 225
    41. Elvin Məmişzadə boks + 100 50 75 225
    42. Xaybula Musalov boks + 50 30 40 120
    43. Səbinə Abdullayeva paracüdo + 50 30 40 120
    44. Orxan Səfərov cüdo + 50 30 40 120
    45. Sevil Bünyatova qılıncoynatma + 50 30 40 120
    46. Amil Qasımov sambo + 50 30 40 120
    47. İslam Qasımov sambo + 50 30 40 120
    48. Vasif Səfərbəyov sambo + 50 30 40 120
    49. Nəzakət Xəlilova sambo + 50 30 40 120
    50. Sevinc Bünyatova Qılıncoynatma + 30 20 25 75
    51. Məhəmmədrəsul Məcidov boks + 30 20 25 75
    52. Yana Alekseyevna boks + 30 20 25 75
    53. Anna Əlimərdanova boks + 30 20 25 75
    54. Tayfur Əliyev boks + 30 20 25 75
    55. Zakir Mislimov paracüdo + 30 20 25 75
    56. Abdulkadir Abdullayev boks + 100 50 75 225
    Cəmi 3450 1895 2660 8005
    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi