​I Avropa Oyunları məşəlinin Bakıdakı hərəkət marşrutu və aparılacağı ünvanlar açıqlanıb

​I Avropa Oyunları məşəlinin Bakıdakı hərəkət marşrutu və aparılacağı ünvanlar açıqlanıb Məşəl bir gecə Qız Qalasında qalacaq
Avropa Oyunları
2 İyun , 2015 10:32
​I Avropa Oyunları məşəlinin Bakıdakı hərəkət marşrutu və aparılacağı ünvanlar açıqlanıb

Bakı. 2 iyun. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarının məşəlinin açılış mərasimindən öncə Bakıdan keçəcəyi marşrut açıqlanıb. "Report"un məlumatına görə, məşəl ilk olaraq paytaxta qayıqla gətiriləcək və bir gecə Qız Qalasında qalacaq.

İyunun 7-də isə Ağ Şəhər Bulvarına, Neftçilər prospektindən keçməklə Bayraq meydanına aparılacaq. Bir gün sonra isə məşəl Oyunların baş tutacağı Heydər Əliyev adına İdman Arenası, Milli Gimnastika Arenası, Kristal Zal, Bakı Su İdmanı Mərkəzi, Bilgəh Çimərliyi, Tofiq Bəhramov adına Respublika Stadionu, Basketbol Arenası, BMX Veloparkı və Dağ Velosipedi Veloparkından keçəcək.

"Bakı 2015"in məşəli iyunun 9-da bir çox tarixi önəmli binalara, o cümlədən UNESCO-nun Dünya Mədəni İrsi siyahısına daxil edilən İçərişəhərə aparılacaq. Bu siyahıya Şirvanşahlar Sarayı da daxil ediləcək.

Məşəlin növbəti səfəri iyunun 10-da reallaşacaq. Həmin gün məşəl Nizami küçəsinə, Fəvvarələr meydanına, Qış, Filarmoniya və Dağüstü parklarında olacaq və Qız Qalasına qaytarılacaq. 

Açılış mərasimindən bir gün əvvəl isə məşəl Qız Qalasından götürüləcək və Satko limanına aparılacaq.

Qeyd edək ki, "Bakı 2015" I Avropa Oyunlarının məşəl səyahəti aprelin 26-dan start götürüb və Azərbaycanın 60 şəhər və rayonlarından keçib.

Son xəbərlər

Orphus sistemi