Yuxarı

​I Avropa Oyunlarının medallarının bu gün təqdimatı olacaq

Tədbir Oyunların startına 100 gün qalması münasibətilə təşkil olunacaq

Bakı. 4 mart. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarının medallarının bu gün təqdimatı olacaq. "Report"un məlumatına görə, təqdimat Oyunlara 100 gün qalması münasibətilə "Fairmont" hotelində keçiriləcək tədbir çərçivəsində baş tutacaq.

Mərasimdə "Bakı 2015"in baş əməliyyat direktoru Saymon Kleqq və Milli Olimpiya Komitəsinin (MOK) beynəlxalq əlaqələr üzrə direktoru Könül Nurullayeva çıxış edəcək.

Bundan başqa tədbirə "Bakı 2015"in idman elçisi Nazim Babayev, olimpiya çempionları və "Bakı 2015" Təşkilat Komitəsinin üzvləri Namiq Abdullayevlə Elnur Məmmədli, eləcə də ikiqat paralimpiya çempionu İlham Zəkiyev qatılacaq.

Qeyd edək ki, I Avropa Oyunları iyunun 12-də start götürəcək. 17 gün davam edəcək Oyunlarda 20 növ üzrə 6000-dən artıq idmançı mübarizə aparacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi