Bakı. 14 iyun. REPORT.AZ/ "
28 yaşlı idmançı üzgüçülük məsafəsini 19 dəqiqə 30 saniyəyə, velosipedsürmə məsafəsini 57 dəqiqə 44 saniyəyə, qaçış məsafəsini isə 30 dəqiqə 40 saniyəyə qət edib. Nəticədə o, 3 hərəkətin cəmində 1 saat 49 dəqiqə 4 saniyə nəticə ilə bürünc medala sahib olub.
Böyük britaniyalı Qordon Benson 1 saat 48 dəqiqə 31 saniyə göstərici ilə qızıl, portuqaliyalı Joao Silva isə 1 saat 48 dəqiqə 42 saniyə nəticə ilə gümüş medal əldə edib.
Qeyd edək ki, hazırda Azərbaycanın aktivində 3 qızıl, 1 gümüş, 4 bürünc medal var.