Azərbaycanın 5 boksçusu "Bakı 2015"in yarımfinalına yüksəlib - YENİLƏNİB
- 23 iyun, 2015
- 17:10
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 23 iyun. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarında Azərbaycan idmançıları uğurlu çıxış edib. "Report"un məlumatına görə, 91 kq-da Abdulqadir Abdullayev yarımfinala yüksəlib.
Azərbaycanlı əlcək ustası fransalı Paul Bianqolo Ombanı 3:0 hesabı ilə məğlub edib.
Bu gün rinqə çıxan digər boksçular Albert Səlimov (60kq), Kollazo Sotomayor (64 kq), Pərviz Bağırov (69 kq) və Anna Əlimərdanova (54 kq) mübarizəni yarımfinalda davam etdirəcəklər.
***21:46
Bakı. 23 iyun. REPORT.AZ/ Azərbaycan boksçusu Pərviz Bağırov "Bakı 2015"də yarımfinal mərhələsinə vəsiqə qazanıb.
"Report"un məlumatına görə, 69 kq çəkidə mübarizə aparan P.Bağırov almaniyalı Abass Baraounu məğlub edib.
Görüş 3:0 hesabı ilə yekunlaşıb. P.Bəkirovun yarımfinaldakı rəqibi ingiltərəli Coş Kelli olacaq.