Yuxarı
    Bağlamaq

    ​Çexiya prezidenti: I Avropa Oyunları Azərbaycan üçün böyük şans yaradacaq

    Miloş Zeman çexiyalı idmançıların Oyunlarda çoxlu medal qazanacağına ümid etdiyini bildirib

    Bakı. 24 may. REPORT.AZ/ Bakıda keçiriləcək I Avropa Oyunları Azərbaycanı və onun imkanlarını beynəlxalq ictimaiyyətə təqdim etmək üçün böyük şans yaradır.

    "Report" AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Çex Respublikasının prezidenti Miloş Zeman Böyük Britaniyanın “The Business Year” jurnalına müsahibəsində deyib.

    Miloş Zeman Avropa Oyunlarında iştirak edəcək çexiyalı idmançılara və bu Oyunların təşkilatçılarına uğurlar arzulayıb. Dövlət başçısı, eyni zamanda, çexiyalı idmançıların Oyunlarda çoxlu medal qazanacağına ümidvar olduğunu bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi