Bakı. 26 İyun. REPORT.AZ/ "Mən zədəli idim. Çox çətin keçdi görüşlərim. Onun üçün də əlimdən gələni etdim ki, yaxşı nəticə qazanım. Çox sevinirəm. Bu yarışa yaxşı hazırlaşmışdım. Bürünc medal əla nəticədir”. Bunu Report-a bu gün Avropa Oyunlarında gözdən əlil kişi cüdoçuların 90 kq-dan artıq çəki dərəcəsində Azərbaycana bürünc medal qazandırmış paralimpiyaçı cüdoçu Zakir Müslümov deyib.
Müslümov bildirib ki, cüdoçuların 90 kq-dan artıq çəki dərəcəsində ən yüngül çəkidə olub: “Buna baxmayaraq, əlimdən gələni edib özümdən ağır cüdoçularla döyüşdüm”.
İdmançımız qeyd edib ki, bürünc medal uğrunda qarşılaşdığı Yunanıstan təmsilçisi çox güclü idmançı olub: " Klimis Papaçristos dünya kubokunun sahibi, dəfələrlə Avropa mükafatçısı, üç dəfə Paraolimpiya oyunlarının iştirakçısı olub. Dördüncü dəfə idi onunla qarşılaşırdılm. Sevinirəm ki, bürünc qazandım”.
Z.Mislimov ilk Avropa Oyunlarında medal qazandığına görə çox sevindiyini bildirib: “Bir az həyəcanlıyam. Medal qazandığıma çox sevinirəm. Yarışa yüksək səviyyədə hazırlaşmışdıq. Avropa Oyunları öz vətənimizdə keçirilirdi. Əlimizdən gələni etdik və Allaha şükürlər olsun ki, bizə qələbə nəsib elədi”.