"Bakı 2015"in bugünkü məşəlçilərinin adları açıqlanıb - SİYAHI

"Bakı 2015"in bugünkü məşəlçilərinin adları açıqlanıb - SİYAHI Estafetdə 13 tanınmış şəxs iştirak edəcək
Avropa Oyunları
9 İyun , 2015 12:39
Bakı 2015in bugünkü məşəlçilərinin adları açıqlanıb - SİYAHI

Bakı. 9 iyun. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarının bugünkü məşəlçilərinin adları açıqlanıb. "Report"un məlumatına görə, gün ərzində 13 tanınmış şəxs məşəli şəhərdə gəzdirəcək.

İlk olaraq alpinist Renat Rəhimxanov Alov Qüllələrindən məşəllə birgə aşağı düşüb. Günün ikinci yarısında məşəl Qoşa Qala qapısına üz tutacaq. İçərişəhərdə məşəli güləş üzrə Olimpiya çempionu Fərid Mansurov, xalq artisti Faiq Ağayev, cüdo üzrə Olimpiya çempionu Elnur Məmmədli, veteran atlet Abbas Əzimov, aktyor Bəhram Bağırzadə, güləş üzrə dünya və Avropa çempionu Həsən Əliyev, voleybolçu Alla Həsənova, xalq artisti, dirijor Yalçın Adıgözəlov, xalq artisti, musiqiçi Ənvər Sadıqov, xalq artisti, aktrisa Şəfiqə Məmmədova, Beynəlxalq Olimpiya Komitəsinin Koordinasiya Komissiyasının sədri Spiros Karpalos və "Bakı 2015"in ulduz elçisi, müğənni Tünzalə Ağayeva daşıyacaq.

Qeyd edək ki, aprelin 26-dan Azərbaycanın bütün bölgələrinə səyahət edən məşəl iyunun 7-də paytaxt Bakıya gətirilib. Məşəli Bakıda "Sadko" limanında Prezident İlham Əliyev təhvil alıb və digər məşəl daşıyanlara ötürüb. 

Son xəbərlər

Orphus sistemi