Bakı. 26 iyun. REPORT.AZ/ "
Saat 12:45-də qadın boksçu Yana Alekseyevna (60 kq) irlandiyalı olimpiya, dünya və Avropa çempionu Keti Teylorla qarşılaşacaq.
Kişi boksçulara gəldikdə, saat 13:00-da Albert Səlimov (60 kq) daha bir irlandiyalı Şon Makkombu, saat 13:45-də Pərviz Bağırov (69 kq) böyük britaniyalı Coş Kellini, saat 14:15-də Xaybula Musalov (75 kq) macarıstanlı Zoltan Harksanı, saat 14:30-da Abdulkadir Abdullayev (91 kq) rusiyalı Sadam Abdullayevi sınağa çəkəcək.
Axşam seansında isə final döyüşləri baş tutacaq. Saat 18:45-də Elvin Məmişzadə italiyalı Vinçentso Pikkardi ilə görüşəcək. Saat 19:15-də isə Kollazo Sotomayor daha bir italiyalı Vinçentso Mangiakapre ilə qarşılaşacaq.
Qeyd edək ki, Azərbaycan boksçuları Avropa Oyunlarında hələlik 4 medal qazanıblar. Teymur Məmmədov (81 kq) qızıl, Anna Əlimərdanova (54 kq), Tayfur Əliyev (56 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) bürünc medala sahib olub.