​BEGOC Rusiyadan "Bakı 2015"ə 1500 könüllünün gələcəyinə dair xəbərlərə münasibət bildirib

​BEGOC Rusiyadan "Bakı 2015"ə 1500 könüllünün gələcəyinə dair xəbərlərə münasibət bildirib Sorğuya cavabda 1500 müraciətin daxil olduğu təsdiqlənib
Avropa Oyunları
25 May , 2015 11:37
​BEGOC Rusiyadan Bakı 2015ə 1500 könüllünün gələcəyinə dair xəbərlərə münasibət bildirib

Bakı. 22 may. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarının Əməliyyat Komitəsi (BEGOC) Rusiyadan 1500 könüllünün Azərbaycan paytaxtına gələcəyinə dair xəbərlərə rəsmi münasibət bildirib. "Report"un sorğusuna cavab olaraq, BEGOC yayılan məlumatları təkzib edib və bunları yalan adlandırıb.

"Düzdür, Rusiyadan 1500 müraciət daxil olmuşdu. Lakin könüllülük üçün xarici ölkələrlə müqayisədə yerli müraciətlərə üstünlük verilməsi qərara alındı" deyə sorğuya cavabda bildirilir. BEGOC qeyd edir ki, 12 500 könüllüdən cəmi 348-i əcnəbidir və onlar yalnız həddən artıq peşəkarlıq tələb edən vəzifələri icra edəcəklər: "Tələb olunan könüllülərin böyük əksəriyyətini Azərbaycan özü təmin edəcək və onlar ölkənin dinamik inkişafını, güclü perspektivini nümayiş etdirəcəklər".

Əcnəbi könüllülər növbəti həftələrdən etibarən Bakıya gəlməyə başlayacaqlar. BEGOC könüllüləri yataq, səhər yeməyi və iş növbəsində olarkən qidalanma ilə təmin edəcək.

Qeyd edək ki, I Avropa Oyunları 12 - 28 iyunda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi