Yuxarı
    Bağlamaq

    Bakı-2015 Yunanıstanın Saloniki şəhərində keçirilən marafon yarışmasının rəsmi sponsoru olub

    Bu il marafonda rekord sayda atlet iştirak edəcək

    Bakı. 1 aprel. REPORT.AZ/ Bakıda baş tutacaq I Avropa Oyunları (Baku-2015) Yunanıstanın Saloniki şəhərində hər il keçirilən Makedoniyalı İsgəndərə həsr olunan X marafonun  rəsmi sponsoru olub.

    "Report" marafonun rəsmi saytına istinadən xəbər verir ki, Baku-2015 marafonun rəsmi sponsorları siyahısına daxil edilib. 

    Marafon aprelin 5-də baş tutacaq. Yarışda rekord sayda - 19 000 idmançı iştirak edəcək.

    Qeyd edək ki, bu marafonda hər il bütün dünyadan məşhur atletlər, eləcə də həvəskar idmançılar iştirak edir. Marafon Makedoniyalı İsgəndərin anadan olduğu Pella şəhərində başlayır və Salonikidə başa çatır. 2010-cu ildə marafon Beynəlxalq Yüngül Atletika Federasiyasının bürünc statusuna layiq görülüb.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi