Bakı. 5 may. REPORT.AZ/ Bu gün idman jurnalistləri arasında voleybol matçı keçirilib. "Report"un məlumatına görə, tədbir Azərbaycan Voleybol Federasiyası (AVF) ilə 3 yaşı tamamlanan İdman Araşdırmalar Mərkəzinin (İAM) birgə təşkilatçılığı ilə baş tutub.
Ümummilli lider
"Sağlam həyat tərzi" devizi altında təşkil olunmuş görüşdə televiziya və yazılı media nümayəndələrindən ibarət komandalar üz-üzə gəlib. Oyun AVF-nin idman zalında keçirilib. Qarşılaşmanın yekununda sevinən tərəf "TV-Media" komandası olub.
Onlar yazarlar üzərində 2:1 hesablı qələbə qazanıblar - 25-22, 18-25, 25-22.
Matçın ardından yarış iştirakçılarına hədiyyələr təqdim olunub.