"Bakı 2015"də velosiped idmanı üzrə şosse yarışının mükafatçıları müəyyənləşib - YENİLƏNİB
- 20 iyun, 2015
- 10:29
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 20 iyun. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarında velosiped idmanının şosse növü üzrə qadınların mübarizəsinə yekun vurulub. "Report"un məlumatına görə, 121 km-lik məsafənin yekununda finişə belaruslu Alyona Amialyusik hamıdan birinci çatıb.
İkinci yeri polşalı Katarjina Nivyadoma tutub. Üçüncü yer isə hollandiyalı Anna van der Breggenə qismət olub. Hər 3 velosipedçi 3 saat 20 dəqiqə 36 saniyə nəticə göstərib.
Azərbaycan təmsilçilərinə gəldikdə, Alyona Pavluxina 3 saat 25 dəqiqə 57 saniyə nəticə ilə 32-cü yeri tutub. Ülfət Nəzərli isə yürüşü yarımçıq tərk edən 16 velosipedçidən biri olub.
*** 12:05
"Bakı 2015" I Avropa Oyunlarında velosiped idmanının şosse növü üzrə qadınların mübarizəsinə start verilib. "Report"un məlumatına görə, 67 idmançının iştirak edəcəyi yarışda Azərbaycanı 2 velosipedçi təmsil edəcək.
Bunlar Ülfət Nəzərli ilə Alyona Pavluxinadır.
Yürüşün start və finişi Hökumət evinin qarşısında olacaq. İdmançılar şəhərin mərkəzi küçələri ilə hərəkət edəcəklər.