"Bakı 2015"də Azərbaycan yunan-Roma güləşçilərinin ilk rəqibləri müəyyənləşib

"Bakı 2015"də Azərbaycan yunan-Roma güləşçilərinin ilk rəqibləri müəyyənləşib 4 yunan-Roma güləşçisindən 3-ü mübarizəyə 1/8 final mərhələsindən başlayacaq
Avropa Oyunları
12 İyun , 2015 15:40
Bakı 2015də Azərbaycan yunan-Roma güləşçilərinin ilk rəqibləri müəyyənləşib

Bakı. 12 iyun. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarında güləş yarışlarının ilk gününün püşkü atılıb. "Report"un məlumatına görə, iyunun 13-də mübarizəyə başlayacaq 4 yunan-Roma güləşçisindən 3-ü mübarizəyə 1/8 final mərhələsindən başlayacaq. 

59 kq 

1/8 final - Elman Muxtarov - Gizo Meladze (Gürcüstan)

71 kq 

1/8 final - Rəsul Çunayev - Daniel Kataraqa (Makedoniya)

80 kq 

1/8 final - Rafiq Hüseynov - Mixael Vaqner (Avstriya)

98 kq 

1/16 final - Orxan Nuriyev - Teodoros Tunisidis (İsveç)

İlk görüşlər Bakı vaxtı ilə saat 10:00-da başlayacaq.

Qeyd edək ki, yunan-Roma güləşi üzrə qalan çəki dərəcələrindəki güləşçilər mübarizəyə iyunun 14-də qoşulacaqlar. İyunun 15-16-da qadın güləşçilər, 17-18 iyunda isə sərbəst güləşçilər yarışacaq. Ümumilikdə, 24 çəki dərəcəsində qaliblər müəyyənləşəcək. Görüşlər Heydər Əliyev adına İdman Sarayında baş tutacaq. 

Son xəbərlər

Orphus sistemi