Yuxarı

​"Bakı 2015" Bakı Olimpiya Stadionunda hazırlıq tədbiri keçirib

Tədbirdə 15 min nəfər iştirak edib

Bakı. 10 may. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC), Oyunların açılış və bağlanış mərasimlərinə, eləcə də, atletika idmanı üzrə yarışlara ev sahibliyi edəcək yeni tikilmiş Bakı Olimpiya Stadionunda hazırlıq tədbiri keçirib.

"Report"un məlumatına görə, tədbirdə "Bakı 2015"in Alov Qoruyanları, BEGOC-un işçi heyəti də daxil olmaqla 15 min nəfər iştirak edib.

Bu tədbir şəhər boyunca nəqliyyat sistemini, tamaşaçıların və VIP qonaqların hərəkətini, bilet sistemini, təhlükəsizlik tədbirlərini və Oyunların ümumi təşkilatçılığını yoxlamaq imkanı yaradıb.

Tədbir iştirakçılarına müğənni Tünzalə Ağayeva da daxil olmaq "Bakı 2015"in Ulduz elçilərinin çıxışlarından ibarət əyləncəli proqram təqdim olunub. Tünzalə Ağayeva, Avropa Oyunları üçün bəstələnmiş “Bakımın üzü gülür” adlı mahnını ifa edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi