Yuxarı

"Bakı-2015" Avropa Oyunlarını Fransa telekanalı da yayımlayacaq

L Equipe 21 ilə yayım haqqında saziş imzalanıb

Bakı. 4 noyabr. REPORT.AZ/" Bakı-2015" Avropa Oyunları Fransanın televiziya kanalı olan "L Equipe 21" ilə yayım haqqında saziş imzalayıb. "Report"un məlumatına görə, sazişlə I Avropa Oyunları "L Equipe21" kanalı, eyni zamanda, kanalın veb saytı və mobil platformaları vasitəsilə Fransada canlı yayımlanacaq.

Şirkət "Bakı-2015" Avropa Oyunlarının Açılış və Bağlanış Mərasimlərinin canlı yayımını həyata keçirəcək, eyni zamanda, hər gün yarışlardan 5 saatlıq canlı nümayiş və yarışlardakı gündəlik ən maraqlı məqamların axşam yayımını təmin edəcək. 

“Bu saziş qitənin hər yerindəki idman azarkeşlərinin onların ölkələrini təmsil edəcək idmançıları izləyə bilmələrinə imkan yaradacaq bu yaxınlarda imzalanmış əsas saziş olacaq. Biz Avropanın ən böyük dövlətlərindən biri olan Fransanın "Bakı-2015" Oyunlarına təxminən 250 idmançıdan ibarət güclü komanda göndərəcəyini gözləyirik. Oradakı idman azarkeşlərinin evlərində oturub bütün yarışları izləyəcəklərini bilmək gözəldir. “L Equipe 21" idmana həsr edilmiş kanaldır. Kanalın "Bakı-2015" Avropa Oyunlarında iştirak edəcək elit idmançıları və yarışları yüksək keyfiyyətlə nümayiş etdirəcəyinə inanırıq” - deyə, "Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib.

"L Equipe 21"in baş meneceri Xavyer Spender isə bildirib ki, "Bakı-2015" Avropa Oyunları beynəlxalq idman təqviminə mühüm hadisə kimi yazılacaq: "Ona görə də I Avropa Oyunlarının Fransada yayımlanmasına görə məsuliyyəti daşıdığımız üçün çox şadıq. Bir idman tamaşası kimi bu, dünyanın hər yerindəki idman azarkeşlərində Oyunlara qarşı böyük maraq oyadacaq və biz Fransadakı bütün izləyicilər üçün Oyunların canlı yayımlanmasına öz köməkliyimizi göstərəcəyimiz üçün fəxr edirik".

"L Equipe 21" kanalı, həmçinin, "Bakı-2015" Avropa Oyunlarına 100 gün qalması ilə bağlı xüsusi proqram yayımlayacaq və Fransanın Mili Olimpiya Komitəsinin jurnalı olan “Esprit Bleu”da Avropa Oyunlarına hazırlaşan idmançılar barədə həftəlik hesabat təqdim edəcək.

Fransa Milli Olimpiya Komitəsinin prezidenti Denis Messeqliya isə deyib ki, I Avropa Oyunlarına güclü idmançılardan ibarət komanda göndəriləcək: "Bu komandanın göstərəcəyi cəhdləri və əldə edəcəyi nailiyyətləri Fransadakı azarkeşlərin canlı izləyə bilməsi yaxşı haldır".

Qeyd edək ki, 1998-ci ildə əsası qoyulmuş və Fransa Milli Olimpiya Komitəsinin rəsmi yayım tərəfdaşı olan "L Equipe 21" kanalı ilboyu idman yarışlarını canlı yayımlayır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi