​"Bakı 2015"in könüllüləri "Alov Qoruyanlar" adlandırılacaqlar

​"Bakı 2015"in könüllüləri "Alov Qoruyanlar" adlandırılacaqlar “Alov Qoruyanlar” Oyunlar ərzində əsas vəzifələri yerinə yetirəcəklər
Avropa Oyunları
15 Yanvar , 2015 10:17
​Bakı 2015in könüllüləri Alov Qoruyanlar adlandırılacaqlar

Bakı. 15 yanvar. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarının könüllüləri "Alov Qoruyanlar" ("Flamekeepers") kimi tanınacaqlar. "Report"un məlumatına görə, bu barədə Oyunların Əməliyyat Komitəsindən açıqlama verilib. 

“Alov Qoruyanlar” Oyunlar ərzində əsas vəzifələri yerinə yetirəcək, o cümlədən, idmançılar və rəsmi şəxslərə kömək edəcək, idman yarışlarında işləyəcək, tamaşaçılara və ya media nümayəndələrinə dəstək göstərəcəklər.

Qeyd edək ki, “Alov Qoruyanlar” Avropanın birinci multi-idman yarışlarına verəcəkləri töhfənin əvəzində yarış obyektlərinə pulsuz nəqliyyat xidməti, uniforma, qida və "Bakı 2015" könüllü proqramının Rəsmi Tərəfdaşının SIM kartından yararlanacaqlar. 

Son xəbərlər

Orphus sistemi