"Minsk 2019": Azərbaycanın sonuncu yunan-Roma güləşçilərinin rəqibləri bəlli olub

"Minsk 2019": Azərbaycanın sonuncu yunan-Roma güləşçilərinin rəqibləri bəlli olub Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunları sona yaxınlaşır.
Avropa Oyunları
28 İyun , 2019 18:15
Minsk 2019: Azərbaycanın sonuncu yunan-Roma güləşçilərinin rəqibləri bəlli olub

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunları sona yaxınlaşır.

"Report"un məlumatına görə, iyunun 29-da Azərbaycanın son 3 yunan-Roma güləşçisi mübarizəyə qoşulacaq. Bu gün keçirilən püşkatma mərasimində pəhləvanların ilk rəqibləri bəlli olub. 

87 kq
1/8 final - İslam Abbasov - Nikolay Dobrev (Serbiya)

97 kq
1/8 final - Orxan Nuriyev - Daniel Qastl (Avstriya)

130 kq
1/8 final - Sabah Şəriəti - Ante Milkoviç (Xorvatiya)

Qeyd edək ki, "Minsk 2019" II Avropa Oyunlarına iyunun 30-da yekun vurulacaq. Bu gün mübarizəyə qoşulan yunan-Roma güləşçilərindən Sakit Quliyev (60 kq) və Kərim Cəfərov (67 kq) 1/8 finalda uduzaraq mübarizəni dayandırıb.  

Son xəbərlər

Orphus sistemi