"Minsk 2019": Azərbaycanın daha 2 güləşçisi yarımfinala vəsiqə qazanıb - YENİLƏNİB-2

"Minsk 2019": Azərbaycanın daha 2 güləşçisi yarımfinala vəsiqə qazanıb - YENİLƏNİB-2 Azərbaycanın daha iki sərbəst güləşçisi “Minsk 2019” II Avropa Oyunlarında yarımfinala yüksəlib.
Avropa Oyunları
25 İyun , 2019 14:04
Minsk 2019: Azərbaycanın daha 2 güləşçisi yarımfinala vəsiqə qazanıb  - YENİLƏNİB-2

Azərbaycanın daha iki sərbəst güləşçisi “Minsk 2019” II Avropa Oyunlarında yarımfinala yüksəlib.

"Report"un məlumatında görə, 86 kq çəki dərəcəsində mübarizə aparan Aleksandr Qostiyev 1/4 finalda gürcüstanlı Sandro Amınaşvilini 6:2 hesabı ilə üstələyib. O, 1/2 finalda Rusiya güləşçisi Dauren Kuruqliyevi sınağa çəkəcək.

125 kq çəkidə çıxış edən Cəmaləddin Məhəmmədov isə 1/4 finalda macarıstanlı Daniel Liqetidən güclü olub - 6:5. O, final uğrunda görüşdə gürcü idmançı Givi Matçaraşvili ilə qarşılaşacaq.

Daha öncə yarımfinala vəsiqəni təmin edən Mahir Əmiraslanov (57 kq) bu mərhələdə rusiyalı Zaur Uquyevlə görüşəcək. Yarımfinallar Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.


13:25***

Azərbaycanın sərbəst güləşçisi Mahir Əmiraslanov “Minsk 2019” II Avropa Oyunlarında yarımfinala yüksəlib.

“Report” xəbər verir ki, 57 kq çəki dərəcində yarışan 22 yaşlı idmançı makedoniyalı 1/4 finalda Vladimir Yeqorovu 4:0 hesabı ilə məğlub edib.

125 kq çəkidə çıxış edən Cəmaləddin Məhəmmədov isə 1/8 finalda belaruslu Vitali Piasniaka qalib gəlib – 6:0.


12:57***

Azərbaycanın 2 güləşçisi Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarına qələbə başlayıb.

"Report"un məlumatına görə, bu gün ilk olaraq sərbəst güləşçilər mübarizəyə qoşulub. Mahir Əmiraslanov (57 kq) 1/8 finalda Bolqarıstan təmsilçisi Georgi Vangelovu 6:5 hesabı ilə məğlub edərək 1/4 finala yüksəlib. O, bu mərhələdə makedoniyalı Vladimir Yeqorovla üz-üzə gələcək. Aleksandr Qostiyev (86 kq) isə moldovalı Denis Balaura qalib gəlib - 7:1. Onun növbəti rəqibi gürcüstanlı Sandro Aminaşvili olacaq.

Digər sərbəst güləşçilərə gəlincə, Hacımurad Hacıyev (74 kq) 1/8-də türkiyəli Soner Demirtaşa uduzub - 3:4. Cəmaləddin Məhəmmədov (125 kq) isə belaruslu Vitali Piasniakla görüşəcək. 

Qeyd edək ki, bu gün həmçinin Azərbaycanın kamandan oxatma yarışında yeganə təmsilçisi Ozay Qasımova klassik kamandan oxatmada 1/32 almaniyalı Senta Rixterlə 0:6 hesabı ilə uduzaraq mübarizəni dayandırıb. Kiçikçaplı tapança ilə 25 metrdən atəş açmaqda təsnifat mərhələsində isə Nigar Nəsirova uğursuz çıxış edib. 273 xal toplayan idmançı 35 nəfər arasında sonuncu yeri tutub. 

Son xəbərlər

Orphus sistemi