​Azərbaycanın iki boksçusu 1/8 finala yüksəlib

​Azərbaycanın iki boksçusu 1/8 finala yüksəlib Mübarizə 64 kq və 81 kq çəki dərəcələrində gedəcək
Avropa Oyunları
18 İyun , 2015 18:50
​Azərbaycanın iki boksçusu 1/8 finala yüksəlib

Bakı. 18 iyun. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarında kişilər arasında boks yarışı davam edir.

"Report"un məlumatına görə, Azərbaycanı birinci yarım-orta çəki (64kq) dərəcəsində təmsil edən Kollazo Sotomayor 1/16 final mərhələsində sloveniyalı Edin Sejdinoviçi 3:0 hesabı ilə məğlub edib. Bununla da boksçumuz 1/8 final mərhələsinə vəsiqə qazanıb. 

*** 14:19

Azərbaycanı "Bakı 2015" I Avropa Oyunlarında təmsil edən boksçu Teymur Məmmədov 1/8 finala vəsiqə qazanıb. "Report"un məlumatına görə, 81 kq çəki dərəcəsində döyüşən T.Məmmədov ilk görüşündə ingiltərəli Coşua Buatsini məğlub edib - 3:0.

Onun növbəti mərhələdəki rəqibi Cordan Kulinski (Polşa) - Nikol Arutyunov (Ermənistan) qarşılaşmasının qalibi olacaq.

*** 12:48

"Bakı 2015" I Avropa Oyunlarında boks üzrə yarım-ağır çəki (81 kq) və birinci yarım-orta çəki (64 kq) dərəcələrində 1/16 final mərhələsinin görüşləri keçirilir. "Report"un məlumatına görə, bu gün Azərbaycanın iki boksçusu rinqə çıxacaq.

İlk olaraq Teymur Məmmədov 81 kq çəki dərəcəsində qüvvəsini sınayacaq. Onun rəqibi ingiltərəli əlcək sahibi Coşua Buatsi olacaq. 64 kq çəki dərəcəsində Azərbaycanı təmsil edən Kollazo Sotomayor isə sloveniyalı döyüşçü Edin Seydinoviçlə üz-üzə gələcək.

Qeyd edək ki, "Bakı 2015" I Avropa Oyunlarında boks yarışlarına iyunun 27-də yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi