Bakı. 29 iyun. REPORT.AZ/ Futbol üzrə Avropa Liqasında mübarizə aparacaq Azərbaycan klublarının I təsnifat mərhələsindəki ilk oyunlarına bütün təyinatlar açıqlanıb. "Report"un əldə etdiyi məlumata görə, iyulun 2-də "İnter", "Neftçi" və "Qəbələ" komandalarının iştirakı ilə baş tutacaq qarşılaşmalara müvafiq olaraq, İspaniya, Türkiyə və İsraildən olan hakimlər briqadası təyinat alıb.
20:30. "Laçi" (Albaniya) - "İnter" (Bakı, Azərbaycan)
Baş hakim: Karlos Del Serro Qrande (İspaniya)
Yan xətt hakimləri: Xuan Yuste Ximenes, Abraham Alvarez Kanton (İspaniya)
Dördüncü hakim: İnyaki Vikandi Qarrido (İspaniya)
Hakim-inspektor: Uno Tutk (İspaniya)
UEFA nümayəndəsi: Mixail Anaqnostu (Yunanıstan)
21:00. "Neftçi" (Azərbaycan) - "Mladost" (Podqoritsa, Çernoqoriya)
Baş hakim: Ali Palabıyık (Türkiyə)
Yan xətt hakimləri: Çem Satman,Ceyhun Sesigüzel (Türkiyə)
Dördüncü hakim: Hakan Ceylan (Türkiyə)
Hakim-inspektor: Levan Paniaşvili (Gürcüstan)
UEFA nümayəndəsi: Gennadi Skurtul (Moldova)
21:00. "Dinamo" (Tbilisi, Gürcüstan) - "Qəbələ" (Azərbaycan)
Baş hakim: Roy Raynşreyber (İsrail)
Yan xətt hakimləri: David Elias Biton, İdan Yarkoni (İsrail)
Dördüncü hakim: Zvi Levi (İsrail)
Hakim-inspektor: Siril Zimmermann (İsveçrə)
UEFA nümayəndəsi: George Fantaros (Kipr)