​Azərbaycan güləşçiləri "Bakı 2015"in test yarışında 53 medal qazanıb

​Azərbaycan güləşçiləri "Bakı 2015"in test yarışında 53 medal qazanıb Turnirdə 13 ölkədən 500-ə yaxın pəhləvan iştirak edib
Avropa Oyunları
20 Aprel , 2015 17:34
​Azərbaycan güləşçiləri Bakı 2015in test yarışında 53 medal qazanıb

Bakı. 20 aprel. REPORT.AZ/ Heydər Əliyev adına İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda ənənəvi beynəlxalq turnir başa çatıb. 

Azərbaycan Güləş Federasiyasından "Report"a verilən məlumata görə, 4 gün davam etmiş yarışda Azərbaycan yığma komandası 16 qızıl, 14 gümüş və 23 bürünc medal qazanıb.

Bakıda keçiriləcək I Avropa Oyunlarının güləş yarışlarına test xarakteri daşıyan turnirdə Azərbaycan pəhləvanları ilə yanaşı, Ukrayna, İran, Özbəkistan, Gürcüstan, Slovakiya, Türkmənistan, Macarıstan, Qazaxstan, Qırğızıstan, Rusiya, Belarus və Türkiyə güləşçiləri olmaqla, ümumilikdə 13 ölkədən 500-ə yaxın idmançı mübarizə aparıb.

Azərbaycanın yeniyetmə yunan-Roma güləşçiləri 3 qızıl, 8 gümüş və 9 bürünc medal əldə edib. İkinci yarış günündə mübarizəyə qoşulan yunan-Roma güləşi üzrə gənclərdən ibarət yığma komandanın üzvləri 4 qızıl, 2 gümüş və 3 bürünc medal qazanıb. Yarışın son iki günündə iştirak edən sərbəst güləşçilərin qazandığı 24 medaldan, 4 qızıl, 3 gümüş və 8 bürüncü yeniyetmələrin, 5 qızıl, 1 gümüş və 3 bürünc medal gənclərin payına düşüb. 

Son xəbərlər

Orphus sistemi