Yuxarı

​Azərbaycan gimnastları daha bir yarışı medalsız başa vurub

Gimnastlarımız 11 iştirakçı arasında 6-cı olub

Bakı. 21 iyun. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarında akrobatikanın temp hərəkətləri üzrə qadınlar arasında qrup yarışında Azərbaycan gimnastları medalsız qalıb. "Report"un məlumatına görə, Lalə Hüseynova, Nərmin Ramazanova və Aynur Hüseynovadan ibarət qrup 27.140 xalla 11 iştirakçı arasında 6-cı olub.

İlk pilləyə 28.740 xalla Rusiya gimnastları sahib çıxıb. Gümüş medal 28.730 xal yığan Belçikanın aktivinə yazılıb. Belarus isə 28.070 xalla bürünc medal qazanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi