Yuxarı

Azərbaycan gimnastı Marina Durunda topla çıxışda da medalsız qalıb

O, 16.100 xalla 6 finalçı arasında sonuncu olub

Bakı. 21 iyun. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarında qadınların bədii gimnastika üzrə topla fərdi çıxışına yekun vurulub. "Report"un məlumatına görə, Azərbaycan gimnastı Marina Durunda medal qazana bilməyib.

O, 16.100 xalla 6 finalçı arasında sonuncu olub. Rusiyalı Yana Kudryavtseva 18.950 xalla qızıl, ukraynalı Qanna Rizatdinova 18,250 xalla gümüş, belaruslu Melitina Staniouta isə 18,200 xalla bürünc medal qazanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi