Yuxarı

Azərbaycan gimnastı "Bakı 2015"də bürünc medal qazanıb

Oleq Stepko bu dəfə dayaqla tullanma növündə mükafatçılar sırasına düşüb

Bakı. 20 iyun. REPORT.AZ/ Azərbaycanı "Bakı 2015" I Avropa Oyunlarında təmsil edən Oleq Stepko idman gimnastikasında dayaqla tullanma yarışında da medal qazanıb. "Report"un məlumatına görə, 21 yaşlı idmançı bürünc medala sahib olub.

Onun çıxışı 14,966 balla qiymətləndirilib. Qızıl medala 15,266 balla ukraynalı Oleq Vernyayev, gümüş medala isə 15,116 balla hollandiyalı Kasimir Şmidt layiq görülüb.

Qeyd edək ki, Oleq Stepko bu gün gimnastika atı ilə yarışda gümüş medal əldə edib. 

FOTO: Orxan Əzim

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi