​Azərbaycan avarçəkəni birbaşa finala çıxıb

​Azərbaycan avarçəkəni birbaşa finala çıxıb Valentin Demyanenko bütün rəqiblərini geridə qoyub
Avropa Oyunları
15 İyun , 2015 15:45
​Azərbaycan avarçəkəni birbaşa finala çıxıb

Bakı. 15 iyun. REPORT.AZ/ I Avropa Oyunlarında Azərbaycanı avarçəkmə yarışlarında təmsil edən Valentin Demyanenko birbaşa final mərhələsinə yüksəlib. "Report"un məlumatına görə, kişilər arasında təkbətək kanoedə çıxış edən idmançı 200 metr məsafəni 38.978 saniyəyə qət edib.

O, ümumi mərhələdə ən yaxşı nəticə göstərən idmançı olub. Demyanenkodan əlavə, digər qruplardan isə Macarıstan və Portuqaliya idmançıları final mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, 200 metr məsafəyə təkbətək kanoedə final yürüşü sabah keçiriləcək.

Son xəbərlər

Orphus sistemi