Yuxarı

Azad Rəhimov: Avropa Oyunlarını keçirəcək növbəti ölkə Azərbaycan təcrübəsindən yararlana bilər - FOTO

Azərbaycanı gənclər və idman naziri Avropa Olimpya Komitələrinin 44-cü Baş Assambleyasında çıxış edib

Bakı. 21 noyabr. REPORT.AZ/ 20-21 noyabr tarixlərdə Çexiyanın paytaxtı Praqa şəhərində Avropa Olimpya Komitələrinin 44-cü Baş Assambleyası keçirilib. Assambleyada Azərbaycanı gənclər və idman naziri Azad Rəhimovun rəhbərliyi altında nümayəndə heyəti təmsil edib.

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Baş Assamblayanın birinci günü əsas müzakirə olunan mövzulardan biri iyun ayında Bakıda keçirilən I Avropa Oyunları və Oyunların nəticələri olub.

Açılışda çıxış edən Beynəlxalq Olimpiya Komitəsinin Prezidenti Tomas Bax I Avropa Oyunlarının ən yüksək səviyyədə və çox böyük uğurla keçdiyini vurğulayıb. Avropa Olimpiya Komitələrinin Prezidenti Patrik Hikki Avropa Oyunlarının ötən ilin ən uğurlu idman hadisələrindən olduğunu qeyd edib, Oyunların möhtəşəmliyini, dünya standartlarına uyğun təşkil edildiyini, Oyunların həyata keçməsində zəhməti olan hər kəsin, xüsusilə könüllülərin peşəkarlığını, vətənpərvəliyini vurğulıb.

Avropa Olimpiya Komitələrinin Baş katibi Rafaello Paqnotsi və İcraiyyə Komitəsinin üzvü Zlatko Matesa də öz çıxışlarında Avropa Oyunları zamanı əldə edilmiş uğurlardan və ümumiyyətlə bu Oyunların Avropa idman tarixində yeni bir səhifə olduğundan söz açıblar.

Avropa Oyunlarının yekun hesabatı Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov tərəfindən verilib.

Nazir, Oyunlarla bağlı stasistik rəqəmlər səsləndirib, Oyunların ölkəmiz və Avropa üçün əhəmiyyətini qeyd edib. Azad Rəhimov Oyunların hazırlığına 2,5 il yarım ayrıldığını qeyd edərək, ölkəmizin bu sahədə uğurlu model nümayiş etdirdiyini və qısa müddətdə ən yüksək nəticələr əldə edərək mötəbər tədbirin təşkilinə nail olduğunu diqqətə çatdırıb.

Nazir növbəti Avropa Oyunlarını keçirəcək növbəti ölkəni hazırlıq prosesi zamanı Azərbaycan təcrübəsindən yararlanmağa dəvət edib.

Çıxışın yekununda Oyunlara həsr olunmuş video çarx nümayiş etdirilib.

Avropa Olimpiya Komitələrinin Prezidenti Patrik Hikki video çarxı seyr etdikdən sonra çixiş edərək, Oyunlarla bağlı gözəl xatirələrdən hər kəsin təsirləndiyini qeyd edib. Patrik Hikki müasir və inkişafda olan ölkəmizin hər bir Avropalı üçün yenidən kəşf edildiyini xüsusən vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi