Yuxarı

​Azad Rəhimov Avropa Oyunlarında birinci olan Rusiya yığmasını təbrik edib

Rusiya Oyunlarda təqribən 140 medal qazanıb, bu heyrətedici uğurdur

Bakı. 28 İyun. REPORT.AZ/ "Rusiya yığması Bakıda keçirilən I Avropa Oyunlarında böyük uğur əldə edib".

"Report" xəbər verir ki, bu sözləri TASS-a müsahibəsində Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov bildirib.

Cümə axşamı ruslar qızıl medalların, həmçinin ümumilikdə qazandığı medalların sayına görə ümumi komanda hesabında birinci olublar. Hazırda Rusiya komandasının hesabında 69 qızıl medal var. Medalların ümumi sayı isə 161-dir.

Nazir, həmçinin Rusiya telekanalları vasitəsilə yayımlanan yarışların şərhlərində müsbət notların olduğunu qeyd edib.

"Biz bu kanallara da baxırıq və orada bizim göstərilməyimiz çox xoşdur. Əlbəttə, biz başa düşürük ki, bu həm də Rusiyanın Oyunlarda hardasa 140 medal qazanması ilə bağlıdır. Bu heyrətedici uğurdur, bu münasibətlə Rusiya yığmasını təbrik edirik", - deyə Rəhimov bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi