Yuxarı

​Azad Rəhimov: "Açılış və bağlanış mərasimlərinə 100 mln. manatdan az vəsait xərclənib və büdcədən əlavə məbləğ tələb olunmayıb"

Planlaşdırılmamış xərclərlə birlikdə büdcə ümumilikdə 1,12 mlrd. dollar təşkil edib

Bakı. 28 iyun. REPORT.AZ/ Dünyadakı iqtisadi böhran ilk Avropa Oyunlarının büdcəsinin məbləğinə təsir göstərə bilməzdi. Biz dövlət büdcəsindən - Maliyyə Nazirliyi, digər hər hansı bir xüsusi fonddan əlavə olaraq bir dollar belə istəməmişik. "Report" xəbər verir ki, bu barədə TASS agentliyinə verdiyi açıqlamasında gənclər və idman naziri Azad Rəhimov bildirib.

Onun sözlərinə görə, manatın devalvasiyası nəticəsində yaranmış büdcə fərqi 134 mln. manat  təşkil edib. Bu məbləğ də Maliyyə Nazirliyindən tələb olunmayıb və büdcənin qənaəti hesabına istifadə olunub.

A.Rəhimov qeyd edib ki, açılış və bağlanış mərasimlərinə 100 mln. manatdan az vəsait xərclənib və büdcədən əlavə məbləğ tələb olunmayıb.

Onun sözlərinə görə, planlaşdırılmamış xərclərlə birlikdə büdcə ümumilikdə 1,12 mlrd. dollar təşkil edib.

"Beləliklə, yuxarıda göstərilən əlavə büdcə xərcləri ilə birlikdə həmin vəsait ilkin nəzərdə tutulan səviyyədə qalıb və 960 milyon dollar təşkil edib. Biz isə ƏDV də nəzərə alınmaqla, 300 mln. manatdan artıq vəsaitə qənaət etmişik", - nazir bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi