Avropa Oyunlarının məşəli Qaxda - FOTO

Avropa Oyunlarının məşəli Qaxda - FOTO Məşəlin alovlanma mərasimi Qaxda da coşqu ilə qarşılanıb
Avropa Oyunları
24 May , 2015 16:31
Avropa Oyunlarının məşəli Qaxda - FOTO

Bakı. 24 May. REPORT.AZ/ Birinci Avropa Oyunlarının məşəli bu gün Balakəndən və Zaqataladan sonra Qax rayonuna aparılıb. 

"Report"un məlumatına görə, mərasimi izləmək üçün minlərlə sakin küçələrə axışıb. Avropa Məşəli Qax şəhərinin girişindən start götürüb. Daha sonra Heydər Əliyev prospekti, İmam Mustafayev küçəsi və Azərbaycan küçələrindən keçərək ümumilikdə 3200 metr məsafə qət etməklə şəhərin mərkəzində quraşdırılmış səhnəyə gətirilib.

Məşəl estafetini daşımaq üçün rayonun 11 fəal gənci seçilib. Estafeti Uşu-Sanda idman növü üzrə Dünya çempionu Ramil Məmmədli qəbul edərək, digər məşəlçilərə ötürüb. Sonda Kung-Fu idman növü üzrə iki qat Dünya çempionu Zaur İsaqov tərəfindən Səyahət çırağı alovlandırılıb.

Yandırılan çıraq isə Birinci Avropa oyunları bitənədək saxlanılması üçün Heydər Əliyev mərkəzinə təhvil verilib.Minlərlə sakin tərəfindən canlı olaraq izlənilən məşəl estafeti konsert proqramı ilə davam edib.

Məşəl estafeti sabah Şimal-Qərb bölgəsində olan səfərini Oğuz və Şəki rayonlarında davam etdirəcək.

Son xəbərlər

Orphus sistemi