​Avropa Oyunlarının məşəli Milli Gimnastika Arenasına gətirilib

​Avropa Oyunlarının məşəli Milli Gimnastika Arenasına gətirilib Məşəli Marina Durunda daşıyıb
Avropa Oyunları
8 İyun , 2015 17:51
​Avropa Oyunlarının məşəli Milli Gimnastika Arenasına gətirilib

Bakı. 8 iyun. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarının məşəli Milli Gimnastika Arenasına gətirilib. "Report"un məlumatına görə, məşəli arenaya Azərbaycanın tanınmış bədii gimnastı Marina Durunda çatdırıb. 

Milli Gimnastika Arenasında Oyunlar zamanı idman gimnastikası, batut gimnastikası, bədii gimnastika, akrobatika gimnastikası və aerobika gimnastikası üzrə yarışlar keçiriləcək.

Qeyd edək ki, aprelin 26-dan Azərbaycanın bütün bölgələrinə səyahət edən məşəl iyunun 7-də paytaxt Bakıya gətirilib. Məşəli Bakıda "Sadko" limanında Prezident İlham Əliyev təhvil alıb və digər məşəl daşıyanlara ötürüb.

Son xəbərlər

Orphus sistemi