Avropa Oyunlarının məşəli Ağcabədi şəhərinə aparılıb

Avropa Oyunlarının məşəli Ağcabədi şəhərinə aparılıb Simvolik çırağın alovlandırılması ilə festival başlayıb
Avropa Oyunları
10 May , 2015 15:15
Avropa Oyunlarının məşəli Ağcabədi şəhərinə aparılıb

Bakı. 10 may. REPORT.AZ/ I Avropa Oyunlarının məşəli bu gün Ağcabədi şəhərinə aparılıb. “Report” xəbər verir ki, Bakıdakı qədim od məbədi Atəşgahda alovlandırılan məşəl Ağcabədi şəhərindəki Bayraq meydanında qarşılanıb.

Məşəli qəbul edən Ağcabədi rayon sakini İradə Qafarova 10 nəfər həmkarı ilə birgə yürüşü davam etdirib. 400 metr məsafədə rəmzi növbə ilə bir-birinə ötürən idmançılar məşəli Heydər Əliyev prospekti boyunca Heydər Əliyev meydanına çatdırıblar. Rayon Gənclər idman idarəsinin rəis müavini, beynəlxalq dərəcəli ikinci dan qara kəmər sahibi Eldəniz Qənbərov məşəli meydanda qurulan səhnəyə qaldıraraq, simvolik çırağı alovlandırması ilə festival başlayıb.

Son xəbərlər

Orphus sistemi