Yuxarı
    Bağlamaq

    I Avropa Oyunlarının Bağlanış Mərasimindən əvvəl ağacəkmə kampaniyası keçirilib

    50 ölkənin nümayəndə heyətinin rəhbəri Bakı Olimpiya Stadionunun ətrafında hərəyə 1 ağac əkib

    Bakı. 28 iyun. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarının Bağlanış Mərasimindən əvvəl Bakı Olimpiya Stadionu ətrafında ağacəkmə kampaniyası keçirilib. "Report"un məlumatına görə, kampaniyaya Oyunlara qatılan 50 ölkənin nümayəndə heyətinin rəhbərləri qatılıb.

    Onlar stadionun çölündəki boş sahəyə hərəyə 1 ədəd olmaqla, 50 ağac əkiblər.

    Qeyd edək ki, Bağlanış Mərasimi bu gün saat 20:15-də başlanacaq. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi