Yuxarı

Avropa Olimpiya Komitəsinin prezidenti Bakıya gəlib

Qonaq Bakı 2015 I Avropa Oyunlarının açılış mərasimində iştirak edəcək

Bakı. 10 iyun. REPORT.AZ/ Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikki Bakıya gəlib. "Report"un məlumatına görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında qonağı Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə qarşılayıb. 

P.Hikki iyunun 12-də "Bakı 2015" I Avropa Oyunlarının açılış mərasiminə qatılacaq. 

Qeyd edək ki, I Avropa Oyunları AOK-un rəhbərliyi və nəzarəti altında Bakı Avropa Oyunları Əməliyyat Komitəsi tərəfindən təşkil olunub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi