​Amil Qasımov: "Mən də olsaydım, belə edərdim"

​Amil Qasımov: "Mən də olsaydım, belə edərdim" Samboçu gümüş medalı Azərbaycan xalqına həsr etdiyini bildirib
Avropa Oyunları
22 İyun , 2015 22:37
​Amil Qasımov: Mən də olsaydım, belə edərdim

Bakı. 22 İyun. REPORT.AZ/ "Final görüşü öncəsi ayağımdan zədə almışdım. İstəmirdim ki, rəqibim bunu bilsin. Nə qədər gizlətməyə çalışsam da, Popov məhz həmin ayağıma ağrıdoğurucu fənd tətbiq edərək qalib gəldi".

"Report" xəbər verir ki, bunu jurnalistlərə Avropa Oyunlarında sambo yarışında gümüş medal qazanan Amil Qasımov deyib.

Qasımov bildirib ki, 2 ay öncə məhz Stanislav Popovu Dünya Kubokunda final görüşündə məğlub edib. Azərbaycanlı samboçu rəqibin görüşdən sonra onu çiyninə alaraq əlil arabasınadək aparmasına isə belə reaksiya verib:

"Sağ olsun, amma mən də olsaydım belə edərdim". Qasımov qazandığı gümüş medalı Azərbaycan xalqına həsr etdiyini də əlavə edib.

Son xəbərlər

Orphus sistemi