Yuxarı

​Aleksandr Karelin: "Azərbaycan güləşçiləri daha çox medal qazanmağa çalışacaqlar"

Rusiyalı 3 qat Olimpiya çempionu Avropa Oyunlarının keçirilməsini cəsarətli təcrübə adlandırıb

Bakı. 13 iyun. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunları mütləq keçirilməli olan cəsarətli təcrübədir. "Report" TASS-a istinadən xəbər verir ki, bunu yunan-Roma güləşi üzrə rusiyalı üçqat Olimpiya çempionu Aleksandr Karelin bildirib.

"Burada istedadlıların da çıxış edəcəyinə və daha uğurlu olacaqlarına ümid edirəm. Belə Oyunlar tarixdə ilk dəfədir keçirilir. Ona görə də çoxsaylı gözlənti və risklərin də olacağı istisna edilmir" deyə ötənlərin tanınmış idmançısı vurğulayıb.

A.Karelin bildirib ki, rusiyalı ustalara Avropa Oyunları tarixində Bakıda ilk dəfə keçirilən yunan-Roma güləşi üzrə yarışda mübarizə aparmaq asan olmayacaq: "Güləşin bu növündə Azərbaycan çoxsaylı qələbə qazanıb və qalibiyyət ənənəsi var. Güləşin bu növü ölkədə çox məşhurdur. Azərbaycan güləşçiləri daha çox medal qazanmağa çalışacaqlar. Onlar öz potensiallarını İranda keçirilmiş Dünya Kubokunun qalibi olmaqla nümayiş etdirdilər. Ona görə də rusiyalılara çətin olacaq. Ancaq biz 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunları haqda düşünməli və həmin oyunlar üçün seleksiya aparmalıyıq". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi