Yuxarı

​"Adamas" şirkətinin icraçı direktoru I Avropa Oyunları uçün medalların necə hazırlandığını açıqladı

Faktiki olaraq, 100 günə bu sayda medalın hazırlanması həqiqətən də çox ciddi nailiyyətdir

Bakı. 25 iyun. REPORT.AZ/ "Adamas" zərgərlik şirkətinin icraçı direktoru Maksim Vaynberq "Bakı 2015" I Avropa Oyunları uçün medalların necə hazırlanması haqda danışıb.

"Report" xəbər verir ki, M.Vaynberq "Arqumentı i faktı" qəzetinə verdiyi müsahibəsində deyib ki, Oyunların Təşkilat Komitəsinə 7 növ dizaynda medalların eskizləri təqdim olunmuşdu. Lakin sonda "Adamas" şirkətinin təklif etdiyi variant qəbul olundu.

O bu Oyunların medalları üzərindəki naxışlardan danışıb: "Bakıda keçirilən Oyunların əsas simvolu olan nar həqiqətən də çox simvolikdir. Bu, Azərbaycan üçün yalnız geniş yayılmış bir meyvə deyil, onun təsvirində Olimpiya alovunun rəmzi, ölməz quş olan simurq quşunu da sezmək olur və bütün bunları tamamlayan narın tac şəklindəki üst tərəfi də dərin rəmzi məna daşıyır. Ona görə də nar medalın üzərindəki əsas simvollardan biridir. Medalın qıraqlarında nar ağacının tacını təsvir edən elementlər yer alıb. Bizə elər gəlir ki, belə gözəl ölkənin şərq xarakterli koloritini əks etdirmək üçün bu elementlər vacib idi".

M.Vaynberq bildirib ki, medalların dizaynı rəsmi təqdimat keçirilənə qədər gizli saxlanılırdı və bunu məhdud sayda insanlar, təxminən 20 nəfər bilirdi.

Medalların hazırlanmasında qarşıya çıxan çətinliklərdən danışan icraçı direktor bu sayda medalın belə bir qısa müddətdə hazırlanmasını qeyd edib: "Azərbaycanlı həmkarlarımızın uğurla dəf etdiyi obyektiv çətinlik - belə qisa bir müddət ərzində rekord sayda - 253 komplekt medalın hazırlanması oldu. Bu, Soçidəki oyunlar üçün hazırlanan medal sayından 2,5 dəfə çoxdur. Faktiki olaraq, 100 günə bu sayda medalın hazırlanması həqiqətən də çox ciddi nailiyyətdir". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi