2019-cu il Avropa Oyunlarını keçirməyə əsas namizəd şəhərin adı açıqlanıb

2019-cu il Avropa Oyunlarını keçirməyə əsas namizəd şəhərin adı açıqlanıb Bakının davamçısının adı gələn ay müəyyənləşə bilər
Avropa Oyunları
24 Sentyabr , 2016 10:56
2019-cu il Avropa Oyunlarını keçirməyə əsas namizəd şəhərin adı açıqlanıb

Bakı. 24 sentyabr. REPORT.AZ/ 2019-cu il Avropa Oyunlarını təşkil edəcək şəhərin adı gələn ay açıqlana bilər. 

"Report"un məlumatına görə, Avropa Olimpiya Komitələrinin (EOC) İcraiyyə Komitəsinin (İK) Slovakiyanın paytaxtı Bratislavada keçirilən iclasında əsas müzakirə mövzusu II Oyunların məkanı ilə bağlı olub.

Barəsində Braziliyada davam edən məhkəmə araşdırması ilə əlaqədar EOC prezidenti Patrik Hikki iclasa qatılmayıb. O, istintaq yekunlaşanadək bütün vəzifələrindən uzaqlaşıb. 

Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadənin də üzvü olduğu İK iclasına sədrliyi Yanes Kosyançiç edib. O bildirib ki, 2019-cu il Avropa Oyunları EOC-un mütləq prioritetidir. Bu məsələ ilə bağlı yekun qərarın 21-22 oktyabrda Belarusun paytaxtı Minskdə keçiriləcək EOC-un Baş Assambleyasında verilməsinə dair yekdil razılıb əldə olunub. "İnside the Games" nəşri II Avropa Oyunlarını keçirməyə əsas favoritin elə Minsk olduğunu yazıb. Amma 2019-cu ildə Belarus paytaxtı Gənclərin Avropa Olimpiya Festivalına ev sahibliyi etməlidir. Minskin eyni ildə iki böyük yarışa təşkilatçılığı isə inandırıcı görünmür.

Qeyd edək ki, I Avropa Oyunları 2015-ci ilin 12 - 28 iyununda Bakıda keçirilib. 

Son xəbərlər

Orphus sistemi