Yevlax Pilot Aqroparkının ətraf mühitə təsiri qiymətləndiriləcək

ASK
  • 22 aprel, 2024
  • 11:12
Yevlax Pilot Aqroparkının ətraf mühitə təsiri qiymətləndiriləcək

Yevlax rayonunda yerləşən Yevlax Pilot Aqroparkının ətraf mühitə təsiri qiymətləndiriləcək.

“Report” xəbər verir ki, bununla bağlı İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) hazırlıqlara başlayıb.

Məlumata görə, qiymətləndirmə Agentliyinin “Orta fermer təsərrüfatlarının aqrar-sənaye klasterlərinə inteqrasiyası” pilot layihəsi çərçivəsində həyata keçiriləcək.

Xatırladaq ki, Yevlax Pilot Aqroparkının yaradılmasına 2020-ci ildə başlanılıb və 2021-ci ildə iqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə rəmzi açılış mərasimi keçirilib.

Aqroparkın ümumi ərazisi 2 807 hektar təşkil edir, bunun da 1 147 hektarlıq hissəsini parsellərə bölünmüş sahələr, 1 028 hektarını heyvanların yem təminatı sahəsi, 129 hektarını isə sosial zona təşkil edir.

Son xəbərlər

Bütün Xəbər Lenti