Türkiyəli nazir: "Regional əməkdaşlığın gücləndirilməsi ərzaq təhlükəsizliyi baxımından əsas prioritetdir"

ASK
  • 06 may, 2026
  • 11:35
Türkiyəli nazir: Regional əməkdaşlığın gücləndirilməsi ərzaq təhlükəsizliyi baxımından əsas prioritetdir

Türkiyə regional əməkdaşlığın gücləndirilməsini kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi baxımından əsas prioritet hesab edir.

"Report" xəbər verir ki, bunu Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı bu gün Bakı Ekspo Mərkəzində "Caspian Agro Week" çərçivəsində keçirilən "İqlim, İqtisadi və Təhlükəsizlik Çağırışları kontekstində ərzaq təhlükəsizliyi: Regional perspektivlərin fərqli və oxşar cəhətləri" adlı panel müzakirələrində deyib.

Nazir bildirib ki, iqlim dəyişiklikləri, quraqlıq və su ehtiyatları üzərində artan təzyiq gələcək dövrdə bütün ölkələr üçün ciddi çağırış olacaq: "Bu problemlərin həlli üçün regional əməkdaşlıq mexanizmlərinin gücləndirilməsi vacibdir. Regional əməkdaşlıqların gücləndirilməsi, kənd təsərrüfatında dayanıqlığın artırılması, ticarətin asanlaşdırılması və şaxələndirilməsi əsas məsələlərdir. Bu istiqamətlərdə əməkdaşlığı davamlı şəkildə inkişaf etdirməliyik".