Türkiyəli nazir: ”Bu il Azərbaycana 9 milyon doza dabaq peyvəndi ixrac etmişik”

Türkiyəli nazir: ”Bu il Azərbaycana 9 milyon doza dabaq peyvəndi ixrac etmişik” “2023-cü ildə Azərbaycana 9 milyon doza dabaq peyvəndi ixrac etdik”.
ASK
19 Dekabr , 2023 00:57
 Türkiyəli nazir: ”Bu il Azərbaycana 9 milyon doza dabaq peyvəndi ixrac etmişik”

“2023-cü ildə Azərbaycana 9 milyon doza dabaq peyvəndi ixrac etdik”.

“Report” xəbər verir ki, bunu Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı deyib.

Nazir qeyd edib ki, cari ildə 1 milyondan çox qida yoxlanışı həyata keçirilib: “2023-cü ildə 1 milyon 215 min qida yoxlanışını həyata keçirdik. Ümumilikdə 58 milyon doza dabaq peyvəndi istehsal etdik. 2023-cü ildə 40 milyon doza peyvənd vurulub”.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 2-də Azərbaycanla heyvan sağlamlığı sahəsində yardımın edilməsinə dair müqaviləni təsdiqləyib. Sənədi bu il avqustun 8-də Ankarada Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov və Türkiyənin kənd təsərrüfatı və meşə nazirinin müavini Ahmet Gümen imzalayıblar.

Müqavilə iki ölkənin heyvan xəstəlikləri ilə mübarizə sahəsində əməkdaşlığını nəzərdə tutur. Sənədə əsasən, Türkiyə Azərbaycana dabaq xəstəliyi ilə mübarizə üçün 250 min doza SAT-2 antigen tərkibli 1 valentli dabaq peyvəndini ödənişsiz verəcək.

Son xəbərlər

Orphus sistemi