Salyanda ilk dəfə yerli sarımsaq yığımına başlanıb - FOTO

Salyanda ilk dəfə yerli sarımsaq yığımına başlanıb - FOTO Sarımsağın 1 kiloqramı yerindəcə 2 manat 50 qəpiyə satlır
ASK
12 May , 2016 18:58
Salyanda ilk dəfə yerli sarımsaq yığımına başlanıb - FOTO

Bakı. 12 may. REPORT.AZ/ Salyan rayonunda ilk dəfə yerli sarımsaq yığımına başlanıb. “Report” xəbər verir ki, rayonda ilk dəfə 18 hektar sahədə sarımsaq əkilib. 

Bu ilin fevralında əkilən 10 hektar sarımsaq sahəsində becərmə işləri aparılır. Ötən ilin payızında əkilən sahələrdə isə məhsul yığılır. Sarımsağın əkilib becərilməsindən tutmuş yığımına kimi, yalnız əl əməyindən daha çox istifadə olunur. Bu da yığım zamanı bir sıra çətinliklər yaradır. Buna baxmayaraq, təsərrüfat işçiləri sahələrdən gün ərzində 1 tona yaxın sarımsaq toplayır. Sahələrdən yığılan sarımsaq təmizlənərək taralara vurulur və sifarişçisi çox olduğundan birbaşa Rusiya bazarlarına göndərilir. 

Sarımsağın 1 kiloqramı yerindəcə 2 manat 50 qəpiyə satlır. 

Qeyd edək ki, indiyədək təsərrüfatda 10 tona yaxın sarımsaq məhsulu istehsal olunub.

Son xəbərlər

Orphus sistemi