Rusiya Azərbaycana süd məhsullarının tədarükünü iki dəfə artıra bilər

Rusiya Azərbaycana süd məhsullarının tədarükünü iki dəfə artıra bilər Rusiyadan Azərbaycana süd məhsulları ixracı yaxın illərdə 2-2,5 dəfə arta bilər.
ASK
27 Sentyabr , 2024 10:58
Rusiya Azərbaycana süd məhsullarının tədarükünü iki dəfə artıra bilər

Yaxın illərdə Rusiyadan Azərbaycana süd məhsullarının ixracı 2-2,5 dəfə arta bilər.

"Report" xəbər verir ki, bu barədə Rusiya ixracatçı şirkətlərinin işgüzar missiyası çərçivəsində Bakıda keçirilən "Süd məhsullarının tədarükünün artırılması potensialı" adlı dəyirmi masanın yekunları üzrə “Aqroeksport” mərkəzi məlumat yayıb.

Mərkəzin məlumatına görə, 2023-cü ildə Rusiya Azərbaycana 17 min ton süd məhsulları tədarük edib. Eyni zamanda, bu cür tədarüklə məşğul olan şirkətlərin qiymətləndirmələrinə görə, növbəti iki il ərzində bu həcmi 2-2,5 dəfə artırmaq üçün bütün şərtlər mövcuddur.

Bundan əlavə, Rusiya şirkətləri Azərbaycanın süd, qənnadı sənayesi və “HoReCa” seqmentinin xammal bazasının təmin edilməsində tərəfdaş olmağa hazırdırlar.

2019-2023-cü illərdə Rusiyadan Azərbaycana süd məhsulları tədarükünün dəyəri 1,5 dəfə artaraq 19 milyon ABŞ dollarına çatıb. Tədarükün əsasını turş süd məhsulları (44 %), pendir (19 %) və quru süd (14 %) təşkil edir.

Son xəbərlər

Orphus sistemi