Nazir: "Ərzaq təhlükəsizliyini daha yaxşı təmin etmək üçün addımlar atılır"

Nazir: "Ərzaq təhlükəsizliyini daha yaxşı təmin etmək üçün addımlar atılır" "Azərbaycanda ərzaq təhlükəsizliyinin daha yaxşı təmin olunması istiqamətində davamlı addımlar atılır. Aqrar sahəyə dövlət dəstəyi mexanizmi təkmilləşdirilir, kənd təsərrüfatı məhsullarının istehsal göstəriciləri yüksəlir". "Report" xəbər verir ki, bun
ASK
24 May , 2022 10:45
Nazir: Ərzaq təhlükəsizliyini daha yaxşı təmin etmək üçün addımlar atılır
İnam Kərimov

"Azərbaycanda ərzaq təhlükəsizliyinin daha yaxşı təmin olunması istiqamətində davamlı addımlar atılır. Aqrar sahəyə dövlət dəstəyi mexanizmi təkmilləşdirilir, kənd təsərrüfatı məhsullarının istehsal göstəriciləri yüksəlir".

"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri İnam Kərimov Bakıda ilk dəfə keçirilən Bitki Sağlamlığı Forumunda çıxışı zamanı deyib.

Nazir bildirib ki, bitki sağlamlığı iqlim dəyişikliyi, qlobal istiləşmə kimi çağırışlar fonunda bütün dünyanın diqqət mərkəzində olan məsələdir: "Azərbaycan bitki mühafizəsi işinin səmərəli təşkili istiqamətində mühüm addımlar atan ölkələrdəndir. Bu sahədə beynəlxalq qurumlarla sıx əməkdaşlıq edir, ətraf mühitə və insanlara zərər vermədən bitki mühafizəsinin təşkili istiqamətində fəaliyyəti davam etdiririk".

Onun sözlərinə görə, bitki sağlamlığına nail olmaq üçün yüksək texnologiyaların, innovativ yeniliklərin aqrar sahədə tətbiqini genişləndirmək lazımdır: "Bu istiqamətdə də bir sıra addımlar atılıb. Bitki sağlamlığı ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Bitki xəstəliklərinə qarşı mübarizənin düzgün təşkili sağlam məhsul əldə etməyin əsas şərtidir. Sağlam və bol məhsul əldə etmək həm ərzaq təhlükəsizliyimizi təmin etmək, həm də kənd təsərrüfatı məhsullarının ixracını artırmaq baxımından vacibdir. Bu istiqamətdə nazirlik Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə koordinasiya olunmuş birgə tədbirlər həyata keçirir".

Son xəbərlər

Orphus sistemi