Naxçıvanda Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi yaradılır

ASK
  • 22 avqust, 2025
  • 10:18
Naxçıvanda Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi yaradılır

Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə (EKTİS) inteqrasiya üçün avadanlıqların satın alınmasını və Fermer Çağrı Mərkəzinin Yaradılmasını planlaşdırır.

"Report" bu barədə dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir.

Məlumata görə, qurum bununla bağlı açıq tender elan edib.

Tenderdə iştirak haqqı 450 manatdır.

İddiaçılar təkliflərini sentyabrın 10-na qədər nazirliyin yerləşdiyi Naxçıvan şəhəri, Xətai məhəlləsinə təqdim edə bilərlər.

Təkliflərə sentyabrın 10-da, saat 14:00-da qeyd olunan ünvanda baxılacaq.

Nazirlikdən isə "Report"a bildirilib ki, EKTİS-in yaradılmasında məqsəd Naxçıvan fermerlərinin dövlət dəstəyindən tam və şəffaf şəkildə faydalanmasıdır. Sistem gələn ilin I rübündə tamamilə qurulub fermerlərin istifadəsinə veriləcək.

Noyabra qədər maliyyə məsələlərinin həll olunması, ilin sonuna qədər isə EKTİS üçün lazım olan bütün təminat və avadanlıqların alınması nəzərdə tutulub.

“EKTİS bizə hər bir Naxçıvan fermerini dövlət dəstəyi ilə tam şəffaf şəkildə, ehtiyaclarına uyğun olaraq təmin etmək imkanı verəcək,” – məlumatda qeyd edilib.

Xatırladaq ki, 2023-cü ildə Hesablama Palatası nazirlikdə apardığı yoxlamalardan sonra qurumda EKTİS-in yaradılmadığını nöqsan kimi qeyd etmişdi.

Son xəbərlər

Bütün Xəbər Lenti