Lüksemburqdan Azərbaycana əncir tədarükü bərpa edilib

ASK
  • 26 dekabr, 2022
  • 11:27
Lüksemburqdan Azərbaycana əncir tədarükü bərpa edilib

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana xaricdən 198,73 min ABŞ dolları dəyərində 49 ton əncir (təzə və ya qurudulmuş) gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 3 %, kəmiyyət olaraq – 7,6 % azdır.

Hesabat dövründə Türkiyədən 194,48 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 3 % azdır) 48,31 ton (-7 %), İrandan 2,55 min ABŞ dolları dəyərində (-7 %) 0,59 ton (-36 %), Braziliyadan 0,87 min ABŞ dolları dəyərində (+2,6 dəfə) 0,09 ton (+80 %), Lüksemburqdan 0,67 min ABŞ dolları dəyərində 0,04 ton və Almaniyadan 0,17 min ABŞ dolları dəyərində (-57,5 %) 0,01 ton (-66,7 %) məhsul alınıb.

Üç il 11 aylıq fasilənin ardından Lüksemburqdan tədarük bərpa edilib.