Bakı. 9 mart. REPORT.AZ/ "Kənd təsərrüfatı məhsullarının satış yarmarkaları Prezident
"Report" xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Aqil Quliyev deyib.
Onun sözlərinə görə, yarmarkaların keçirilməsində məqsəd Novruz bayramı ərəfəsində məhsul bolluğu yaratmaq, süni qiymət artımının qarşısını almaqdır: "Yarmarkalara fermerlər və qida istehsalçıları öz məhsullarını çıxarıblar. Qiymətlərin ucuz olmasına səbəb fermerlərin öz məhsullarını vasitəçilər olmadan birbaşa satışa çıxarmasıdır. Kənd Təsərrüfatı Nazirliyi yarmarkalarda iştirak etmək istəyən fermerlərin məhsullarının paytaxta çatdırılmasında nəqliyyat baxımından kömək edir. Həmçinin yarmarkalarda iştirak pulsuzdur. Bu amillər bazara çıxarılan məhsulun maya dəyərinin aşağı olmasına gətirib çıxarır. Apardığımız müşahidələr göstərir ki, yarmarkalardakı məhsulların qiymətləri bazardakı qiymətlərdən xeyli aşağıdır".