​Kənd Təsərrüfatı Nazirliyi monitorinq keçirib

​Kənd Təsərrüfatı Nazirliyi monitorinq keçirib Bir sıra ciddi hüquqpozmalar müəyyən edilərək araşdırılması üçün Baş Prokurorluğa göndərilib
ASK
26 Yanvar , 2015 19:28
​Kənd Təsərrüfatı Nazirliyi monitorinq keçirib

Bakı. 26 yanvar. REPORT.AZ/ Ötən ilin məhsulu üçün 2013-cü ilin payızında 503,8 min hektar sahədə aparılan buğda və çəltik səpininə görə 150 min istehsalçıya 20,1 milyon manat yardım verilib.

"Report" Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, Respublika Komissiyasının tərkibinə daxil olan aidiyyəti dövlət orqanlarının mütəxəssislərindən təşkil olunan monitorinq qrupu tərəfindən Beyləqan, İmişli və Şabran rayonları üzrə istehsalçılara buğda səpininə görə dövlət büdcəsinin vəsaiti hesabına verilən yardımlardan istifadənin müvafiq qaydalara uyğunluğu vəziyyəti ilə bağlı yerlərdə monitorinqi keçirilib, bir sıra ciddi hüquqpozmalar müəyyən edilərək araşdırılması üçün Baş Prokurorluğa göndərilib.

Bununla yanaşı, 1295,7 min hektar əkin sahəsinin və çoхillik əkmələrin becərilməsində istifadə etdikləri yanacaq və motor yağlarına görə 384 min istehsalçıya 51,8 mln. manat yardım verilib.

Həmçinin Respublika Komissiyasının 12 avqust 2014-cü il tarixli qərarının icrası ilə əlaqədar “Kapital Bank” ASC-nin yerli filialları ilə birgə rayon (şəhər) komissiyaları tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılarına yardımların alınması üçün verilmiş ödəniş kartları üzrə inventarizasiya işləri aparılıb və nəticədə istifadə olunmayan 77739 ədəd aqro tipli ödəniş kartı “Kapital Bank” ASC-nin kart sistemindən çıxarılıb.

Kənd təsərrüfatı məhsulları istehsalçılarına satılan gübrəyə görə tətbiq edilən güzəştlərin həcmi 50%-dən 70%-ə və ya güzəşt edilən yardımın yuxarı həddi 50 manatdan 80 manata artırılıb. 2014-cü il ərzində 81,9 min nəfər istehsalçıya 642,5 min hektar sahəyə görə 50 və 70% güzəştlə satılmış 107,7 min ton mineral gübrə üçün 32,5 mln. manat vəsaitin ödənilib. Bununla da istehsalçılara güzəştlə satılan gübrənin həcmi əvvəlki ilə nəzərən 15,1%, əhatə olunan əkin sahəsi müvafiq olaraq 24,1%, güzəştə görə verilən yardımın məbləği isə müvafiq olaraq 30,5% çox olub.

Son xəbərlər

Orphus sistemi