Kənd təsərrüfatı naziri: “Qadın təşəbbüslərini dəstəkləyirik”

ASK
  • 05 mart, 2019
  • 09:50
Kənd təsərrüfatı naziri: “Qadın təşəbbüslərini dəstəkləyirik”

Bakı. 5 mart. REPORT.AZ/ "Hazırda aqrar sahədə fəaliyyət göstərən qadınların sayı azdır".

"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri İnam Kərimov Azərbaycan Kənd Qadınları Assosiasiyasının təqdimat mərasimində bildirib. İ.Kərimov qadın təşəbbüslərini dəstəklədiklərini qeyd edib :"Bu gün Assosiasiyanın yaradılması bir başlanğıcdır. Assosiasiyanın inkişaf etdirilməsi və daha çox rayonları əhatə etməsi vacibdir".